Azərbaycanın dövlət himni canlı ifayla təqdim olundu - Koşitse Futbol Arenasında Karen Danqe Manafzadəylə

UEFA Millətlər Liqasının C Liqasının I qrupunun II turu çərçivəsində Slovakiya - Azərbaycan matçında dövlət himnləri canlı ifayla təqdim olunub.

Presssport.az-ın "Misli"nin təşkilatçılığı ilə bu ölkəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, ölkəmizin dövlət himnini Karen Danqe Manafzadə ifa edib.

O, Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun oğlu - pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənın həyat yoldaşıdı.

Karen Danqe Vyana konservatoriyasının solistidir. Abuzər Manafzadə isə Vyana Musiqi və İfaçılıq Sənəti Universitetində təhsil alır. Onlar birlikdə bir çox beynəlxalq festival və müsabiqələrdə iştirak ediblər.

Abuzər Manafzadənin atası İslam Manafzadə uzun illərdir Türkiyədə işləyir. O, Yedditəpə Universitetinin dosenti, Gənc Virtouzların Kamera Orkestrinin bədii rəhbəri, solisti və dirijorudur.

Abuzərin bacısı Turan Manafzadə də qardaşı kimi pianoçu və dirijordur. O, Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatıdır.

Xatırladaq ki, bu, millimizin hazırkı turnirdə ilk səfər matçıdı. 

MEHMAN SÜLEYMANOV, Koşitse 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC