Fərid Qayıbov Astanada V Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib

Gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın paytaxtı Astanada səfərdə olub.

Presssport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Belə ki, səfər çərçivəsində nazir V Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib, bəzi yarış məkanlarına baş çəkib. Nazir həmçinin V Dünya Köçəri Oyunları çərçivəsində fəaliyyətə başlayan etnoaulla tanış olub, aydarıspaq (at üstündə güləş), jambı atu (atüstü oxatma) və dəstürlü sadak atu (ənənəvi oxatma) yarışlarını, Azərbaycan idmançılarının qazaq güləşi yarışlarında mübarizəsini izləyib.

Fərid Qayıbov səfər çərçivəsində Dünya Etnosport Federasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan, Rusiyanın idman naziri Mixail Deqtyarev və Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzabosinov ilə ikitərəfli görüşlər keçirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC