"Şahmatçılarımız Olimpiadada yaxşı mübarizə nümayiş etdirməyə hədəflənib" - Teymur Rəcəbov

“Layiqli çıxış etməyə çalışacağıq”.

Presssport.az xəbər verir ki, bunu kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Teymur Rəcəbov Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Qrossmeyster bu gün Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq 45-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimindən öncə yarışla bağlı qısa fikirlərini söyləyib:

“Komanda Olimpiadaya hazırlığı davam etdirir. Şahmatçılar yaxşı mübarizə nümayiş etdirməyə hədəflənib. Ümumdünya Şahmat Olimpiadası çətin yarışdı".

Kişi şahmatçılardan ibarət Azərbaycan millisində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcək. Kişi şahmatçılardan ibarət komanda reytinqə əsasən 12-ci yerdədi.

Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaq. Kapitan Mixail Şereşevski olacaq. Komanda reytinqə əsasən 6-cı pillədədi.

Qadın şahmatçılardan ibarət millinin kapitanı Mixail Şereşevski Olimpiadayla bağlı fikirlərini bildirib:

“Ümumdünya Şahmat Olimpiadası gərgin yarışlardan biridi. Reqlament hər tura ciddi yanaşmağa məcbur edir. Olimpiadada dünyanın ən güclü şahmat heyətləri mübarizə aparacaq. Biz də yaxşı çıxış etmək üçün çalışacağıq”.

Onu da bildirək ki, Şahmat Olimpiadası sentyabrın 23-dək davam edəcək. Yarışda ilk turun partiyaları sentyabrın 11-də keçiriləcək. Kişilərin mübarizəsində 197, qadınların yarışında isə 184 ölkənin komandası mübarizə aparacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC