Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək

Sentyabrın 14-15-də ağırlıqqaldırma üzrə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, turnir Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində təşkil ediləcək.

Gənclər və İdman Nazirliyi ilə AAF-nin birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd ağırlıqqaldırmanın şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC