Azərbaycanla matçda qol vuran hücumçu "Arsenal"a keçir - 100 milyon avroya

İsveç millisinin və "Sportinq"in futbolçusu Viktor Qyokereş İngiltərəyə qayıdacaq.

Presssport.az xəbər verir ki, isveçli forvard "Arsenal"a keçə biləcəyi haqda məlumat yayılıb.

Belə ki, hazırda London klubu Viktorun keçidini həll etməyə çalışır. Transferin qışda baş tutacağı gözlənilir.

“Topşular” 26 yaşlı hücumçu üçün 100 milyon avro ödəməli olacaq. Viktorun "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyunun 30-na qədərdi. O, İngiltərədə "Suonsi", "Brayton" və "Koventri"də çıxış edib.

Xatırladaq ki, Qyokereş UEFA Millətlər Liqasının C1 qrupunun Azərbaycan - İsveç (1:3) görüşündə qonaqların son qoluna penaltidən imz atıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC