Rəşad Nəbiyev yeniyetmələr və gənclərdən ibarət cüdo milli komandaların üzvləri ilə görüş keçirib

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmələr və gənclərdən ibarət milli komandaların idmançıları, məşqçiləri və tibbi-dəstək heyəti ilə görüş keçirib.

ACF-dən Presssport.az-a verilən məlumata görə, toplantı zamanı federasiya rəhbəri komanda üzvlərini yeniyetmələrin dünya çempionatı və gənclərin Avropa çempionatında qazandıqları yüksək nailiyyətlər münasibətilə təbrik edib.

Nəbiyev gənc idmançıların komanda yarışlarında göstərdikləri əzm və fədakarlığın təqdirəlayiq olduğunu vurğulayıb.

Bu qələbələrin Prezident İlham Əliyevin cüdonun inkişafına göstərdiyi diqqət və qayğı sayəsində mümkün olduğu qeyd edilib.

Görüşdə həmçinin Azərbaycanın ən ucqar bölgələrində belə cüdo zallarının açıldığı, mövcud cüdo obyektlərinin infrastrukturunun yaxşılaşdırıldığı bildirilib. Bu addımların ölkədə cüdonun inkişafına töhfə verəcəyi qeyd olunub.

ACF prezidenti idmançılara gənclərin dünya çempionatında və digər yarışlarda uğurlar arzulayıb, onların potensiallarını tam həyata keçirmələri üçün zəruri resurs və dəstəyin təmin olunacağını bildirib.

Xatırladaq ki, yeniyetmələrdən ibarət milli dünya çempionatında 2 qızıl və 2 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında yalnız Yaponiyadan geri qalaraq 2-ci, oğlanların sıralamasında isə bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutub.

Gənclərdən ibarət yığma isə Avropa çempionatının fərdi yarışlarında 4-ü qızıl, 2-si gümüş, 2-si bürünc olmaqla 8 medal əldə edib. Beləliklə, Azərbaycan komanda hesabında 1-ci yeri tutub. Ölkəmiz həmçinin oğlanların sıralamasında 1-ci, qızların mübarizəsində 2-ci yerdə qərarlaşıb. Avropa çempionatının qarışıq komanda yarışında isə Azərbaycanın gənclərdən ibarət yığması tarixində ilk dəfə qızıl medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC