İngiltərə Premyer Liqası və Bundesliqa Azərbaycan kanalında yayımlanacaq

İngiltərə Premyer Liqası və Almaniya Bundesliqası yeni mövsümdə Azərbaycanda canlı yayımlanacaq.

Presssport.az xəbər verir ki, bu, "İdman TV"də olacaq.

Adıçəkilən telekanal bununla bağlı sosual şəbəkə hesabında rəsmi məlumat yayıb: "Tezliklə İngiltərə Premyer Liqası və Almaniya Bundesliqasının bu mövsüm baş tutacaq oyunlarını İdman TV-dən izləyə biləcəksiniz.

Yeni mövsümdə futbolun həyəcanını birlikdə yaşayaq.

Gözünüz bizdə olsun!".

Xatırladaq ki. Almaniya Bundesliqası ölkəmizdə bir qayda olaraq “İdman TV"də yayımlanıb. İngiltər Premyer Liqasının yayım hüququ isə uzun müddət həmin tekenala məxsus olsa da, bu, son illərdə İTV-də idi. Həmin çempionatda yeni mövsümdə aryıq 2 tur arxada qalsa da, oyunlar ölkəmizdə göstərilməyib. Bu həftəsonu həmin boşluq aradan qalxacaq və hər turda 3 matçın birbaşa göstərilməsi nəzərdə tutulub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC