Ümumdünya Şahmat Olimpiadasında uğurla start götürdük - həm kişilər, həm də qadınlarda

Bu gün Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib. 

Presssport.az xəbər verir ki, I turda kişi şahmatçılardan ibarət Azərbaycan yığması İordaniyanı məğlub edib - 3,5:0,5. Aydın Süleymanlı, Nicat Abasov, Rauf Məmmədov qələbə qazanıb. Şəhriyar Məmmədyarov heç-heçə oynayıb. 

Qadınlardan ibarət millimiz isə Nikaraqua komandasını üstələyib. Özü də xanımlarımız açılış turunda maksimum nəticə ilə qələbə qazanıb. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibi təslim olmağa məcbur edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC