Futzal millimizin yer aldığı qrupun oyun təqvimi müəyyənləşib - AVRO-2026-nın əsas mərhələsində

AVRO–2026-nın əsas mərhələsinin V qrupunun təqvimi müəyyənləşib. 

Presssport.az xəbər verir ki, Azərbaycan millisi mübarizəyə dekabrda doğma meydanda başlayacaq. Yığmamız son görüşünü də paytaxtda keçirəcək. 

Reqlamentə əsasən, qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik qrup ikincilərindən 8-i isə pley-off mərhələsində üz-üzə gələcək. Qalib gələn 4 milli final mərhələsində oynamaq hüququ qazanacaq. 

Final mərhələsi 2026-ci ilin yanvar-fevral aylarında Latviya və Litvada təşkil olunacaq.
11 dekabr
İsveç – Yunanıstan
17 dekabr
AZƏRBAYCAN – İsveç
31 yanvar
Xorvatiya – AZƏRBAYCAN

4 fevral
İsveç – Xorvatiya
AZƏRBAYCAN - Yunanıstan
7 mart
Yunanıstan – Xorvatiya
11 mart
Xorvatiya – İsveç
Yunanıstan – AZƏRBAYCAN
11 aprel
İsveç – AZƏRBAYCAN
Xorvatiya – Yunanıstan
15 aprel
AZƏRBAYCAN – Xorvatiya
Yunanıstan - İsveç

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC