"Neftçi Arena"da yenilənmə işləri başa çatmaq üzrədi

"Neftçi Arena"da yenilənmə işləri başa çatmaq üzrədi.

Presssport.az xəbər verir ki, klubun mətbuat xidməti arenanın son görüntüsünün videosunu paylaşıb.

Belə ki, işlər nəzərdə tutulduğu kimi, qaydasında gedir. Ot örtüyünün üst qatının yenilənməsi, toxumlama və havalandırma işləri başa çatmağa yaxındı. Bununla yanaşı, digər işlər də sürətlə görülür. 

Köhnə oturacaqların sökülməsi prosesi yekunlaşıb və onların əvəzinə quraşdırılır. Qarşıdakı ev oyununa kimi işlərin yekunlaşdırılması planlaşdırılır.
Xatırladaq ki, "Neftçi Arena"da ot örtüyünün dəyişdirilməsi prosesi keçən ay başlamışdı. Buna görə də komanda bu mövsüm öz meydanında cəmi 1 oyun keçirib. Misli Premyer Liqasının 7-ci turunda "Qarabağ"la görüşün isə "Neftçi Arena"da keçirilməsi nəzərdə tutulub. Həmin matç sentyabrın 20-də oynanılacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC