Millilərdən qayıdan futbolçular "Neftçi"nin məşqində iştirak etdi

"Neftçi" Misli Premyer Liqasının VI turunda qarşılaşacağı “Zirə” ilə səfər oyununun hazırlığını “Neftçi” Futbol Mərkəzində davam etdirir.

Presssport.az xəbər verir ki, bugünkü məşq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Günün ilk yarısında baş tutan məşqdə əsas və U-21 milli komandalarımızın düşərgəsindən qayıdan futbolçular – Emin Mahmudov, Ramil Şeydayev, Rza Cəfərov, Ağadadaş Salyanski, Emil Səfərov və Rüstəm Samiqullin də iştirak edib. Hazırlığa sabah yekun vurulacaq.

Xatırladaq ki, sentyabrın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC