"Qarabağ"ın oyununun biletləri satışa çıxdı

Misli Premyer Liqasının VI turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri bu gündən etibarən onlayn şəkildə satışa çıxarılıb.

Presssport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azərsun Arena”nın kassasında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC