Avropa Paralimpiya Komitəsinin prezidenti Azərbaycana səfər edib

Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel Paris-2024 Yay Paralimpiya Oyunlarından sonra Azərbaycana səfər edib.

Presssport.az xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə birgə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC