"Formula 1" üzrə Azərbaycan Qran-prisi ərəfəsində Uill Smitin Bakıda konserti baş tutub.

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024-ün ilk günü unudulmaz anlarla yadda qalıb.

Bakı Şəhər Halqasından (BŞH) Presssport.az-a verilən məlumata görə avtoidman həvəskarları və musiqisevərlər Kristal zalında baş tutan möhtəşəm gecənin şahidi olublar. Hollivudun məşhur siması, aktyor və musiqiçi Uill Smit səhnəyə çıxaraq özünəməxsus enerjisi və performansı ilə fanatları coşdurub.

Onun səsləndirdiyi hitlər, xüsusən də 90-cı illərin musiqisevərlərinə nostalji hisslər yaşadıb. Ulduzun canlı çıxışı ilə yanaşı, müasir səhnə effektlərinin yaratdığı abu-hava gecəyə xüsusi rəng qatıb.

Əyləncə Uill Smitin çıxışı ilə yekunlaşmayıb. Gecənin ikinci hissəsində elektron musiqi dünyasının ulduzu, Qremmi mükafatlı DJ Black Coffee səhnəyə çıxaraq öz fərqli üslubu ilə azarkeşləri heyran edib. Onun təqdim etdiyi enerji dolu musiqilər tamaşaçılara ritmlərlə dolu unudulmaz gecə bəxş edib.

Bu xüsusi gecə yarış həftəsonunun mükəmməl bir başlanğıcı olub.

Xatırladaq ki, mövsümün 17-ci yarışı olan Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisinin final yürüşü sentyabrda 15-də baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC