Şamaxıda insident - "Sumqayıt"ın azarkeşləri futbolçulara sərt təpki göstərib

Misli Premyer Liqasının VI turunda “Şamaxı” - “Sumqayıt” matçından sonra insident yaşanıb.

Presssport.az-ın Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, Şamaxıya gələn qonaq komandanın azarkeşləri futbolçulara növbəti məğlubiyyətə görə sərt təpkilərini göstərib.

Belə ki, onlar futbolçuları nəticə bir yana, zəif oyuna, meydanda can yandırmadıqlarına görə kəskin tənqid edib. Kapitan Elvin Bədəlov onları sakitləşdirməyə çağırıb və klubun mühafizə xidmətinin rəhbəri Elnur İbişovun müdaxiləsindən sonra ara sakitləşib.

Xatırladaq ki, “Sumqayıt” ardıcıl 3-cü məğlubiyyətini alıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC