Stend atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən stend atıcılığı üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib.

Atıcılıq Federasiyasından Presssport.az-a verilən məlumata görə, birincilik uğrunda mübarizədə ölkənin müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən gənc idmançılar səngər və dairəvi stend atıcılığı üzrə fərdi və qarışıq komanda yarışlarında mübarizə aparıb.

Oğlanlar arasında dairəvi stend atıcılığı üzrə ilk 3 yeri müvafiq olaraq Abidin Əsədullayev, Aslan Qurbanov, Məhəmməd Teyyublu, qızlar arasında isə Daniella Ulyanova, Cəmilə Paşayeva və Şölə Quliyeva tutub.

Səngər stendi üzrə oğlanlar arasında ilk üç pillədə müvafiq olaraq Mürtəza Novruzlu, Kamil Mədətov, Cəlal Məmmədov, qızlarda isə Nərmin Cəfərova, Aylin Quliyeva və Həqiqət Cəfərova qərarlaşıb.

Səngər stendi üzrə qarışıq komanda yarışında müvafiq olaraq Cəlal Məmmədov / Aylin Quliyeva, Mürtəza Novruzlu / Nərmin Bədəlli və Mirzə Meybullayev / Nərmin Cəfərova ilk 3 yeri tutub.

Dairəvi stend atıcılığı üzrə isə müvafiq olaraq Eldar Əjdərov / Daniyella Ulyanova, Murad Allahverdiyev / Cəmilə Paşayeva və Məhəmməd Teyyublu / Minayə Novruzova cütləri fərqlənib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC