Artıq işə çıxan Abdullayev PFL rəhbərliyinin son durumunu açıqladı: "Onun əməliyyat mərhələsi bitib"

"Aslan Şahgəldiyevi son olaraq 2 gün öncə gördüm. Ümumi vəziyyəti normaldı. Otuzdururlar, hər gün 2 saat fizioterapiyaya gedir. Yəni, ümumi götürəndə, sağlığı yerindədi". Bu fikirləri Presssport.az-a açıqlamasında PFL-in marketinq və media meneceri Sənan Abdullayev deyib. PFL rəsmiləri dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində qəzaya düşmüş və maşında olan 6 nəfərin hamısı xəsarət almışdı. Onlar ən ağır vəziyyətdə olan PFL prezidenti Elxan Səmədovla vitse-prezidenti Aslan Şahgəldiyev oldu ki, hər ikisi əməliyyat olunaraq hələ də xəstəxana şəraitində müalicə alırlar. Abdullayevin sözlərinə görə, Bakıda “Liv Bona Dea Hospital”da 1 aya yaxındı müalicəsini davam etdirən Şahgəldiyevi həkimlər hələ ki yeriməyə qoymurlar: "Fizioterapiyanı yalnız oturaq vəziyyətdə edirlər. Bu, bir müddət çəkəcək. Həkimlər də deyir ki, inşallah, hər şey yaxşı olacaq". Yəqin ki, Şahgəldiyev 2-3 həftə də orda olacaq". Səmədov həmin hospitalda müalicə alandan sonra öz istəyilə Türkiyəyə yollandı və İzmirdə klinikaların birində yenidən əməliyyat olundu: "Bilirsiniz ki, Elxan müəllimin ayağında qırıqlar çox idi. Onunla hər gün qısamüddətli də olsa danışırıq. Düzdür, müalicəsi uzun müddət çəkəcək. Amma hazırkı durumunun yaxşı olduğunu demək olar, asta-asta toparlanır. O da ən azı Şahgəldiyev qədər müalicə alacaq. İzmirdə sırf o üzrə klinika var və ora yerləşdirilib. Elxan müəllim səhv eləmirəmsə, artıq 3 dəfə əməliyyat olunub. Bundan sonra olmayacaq, ən azından bütün mərhələlər qurtarıb. İndi sırf uzunmüddətli bərpa prosesi başlayacaq. Bunun gedişinə əsasən uyğun, ehtiyac olsa, müəyyən bir müddətdən sonra yenidən əməliyyat ola bilər. Amma indiki vəziyyətdə yox. İndi bütün orqanlarının mərhələli şəkildə bərpası başlayıb". Onu da bildirək ki, qəza nəticəsində ayağında qırıq da aşkarlanan Abdullayev ayağa qalxaraq artıq bu həftədən işı çıxır. O, hələ ki bir qoltuq ağacından istifadə edir. MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC