Bölgə klubunun adı dəyişdirildi, baş məşqçisi də bəlli oldu

Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında çıxış edəcək “Quba”nın məşqçilər heyəti bəlli olub.

Presssport.az xəbər verir ki, ötən mövsüm "Cəlilabad" adı ilə yüksək liqada yarışan komandanın adı "Quba"ya dəyişdirilib.

“Cəlilabad”ın məşqçilər korpusu və əksər oyunçuları da "Quba"nın heyətində yer alacaq. 

Şimal təmsilçisinin baş məşqçisi Şəhriyar Əsgərov olacaq. Zaur Paşayev isə oynayan məşqçisi funksiyasını yerinə yetirəcək. Komandanın kapitanı isə Fikrət Paşayevdir.

Onu da bildirək ki, "Quba" ev oyunlarını Quba Olimpiya İdman Kompleksində keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC