Millimiz Çexiyaya 13 oyunçuyla yollanacaq

Sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin yekun heyəti açıqlanıb.

Presssport.az xəbər verir ki, baş məşqçi Vitali Boriov səfərə 3-ü qapıçı olmaqla 13 futzalçı ilə yollanacaq. Komandamız sabah səhər saatlarında Bakı-Vyana reysi ilə hərəkət edəcək, Avstriyanın paytaxtından isə avtobusla Zlin şəhərinə yollanacaq.

Millimizin heyəti: Emin Kürdov, Vladislav Reznov (hər ikisi "Araz-Naxçıvan"), Kamran Hacıyev ("Baku Fire"), Emil Həsənzadə, Xəzər Ağalızadə, İlham Əliyev, Ülvi Əliyev (hamısı - "Araz-Naxçıvan"), Tofiq Mikayılov, Oktay Rüstəmli, Fərid Abbasov, Murad Quluzadə (hamısı - "Baku Fire"), Mirzə Əmirov, Eldar Zeynalov (hər ikisi – “Neftçi”).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC