Atırauda sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turnirindəki təmsilçilərimiz müəyyənləşib

Azərbaycanı Qazaxıstanın Atırau şəhərində sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turnirində təmsil edəcək idmançılar müəyyənləşib.

Güləş Federasiyasından Presssport.az-a verilən məlumata görə, beynəlxalq yarışda ölkəmizi sərbəst güləşçilər təmsil edəcək.

Məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında ənənəvi turnirdə Musa Ağayev (65 kq), Kənan Heybətov (70 kq) və Əşrəf Aşırov (79 kq) mübarizə aparacaq.

Sentyabrın 19-da Musa xalçaya çıxacaq. Növbəti gün isə Kənanla Əşrəf güləşəcək.

Aabah start götürəcək yarış sentyabrın 20-nə qədər davam edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC