“Azərbaycan çempionatı və birinciliyində ümidverici nəticələrə şahidlik etdik” - Firdovsi Umudov

“Azərbaycan çempionatı və birinciliyində ümidverici nəticələrə şahidlik etdik”

Presssport.az xəbə veri ki, buni açıqlamasında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov deyib.

O, ağırlıqqaldırma üzrə başa çatan gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı barədə danışıb:

"Maraqlı yarış oldu. Ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınadı, medal mübarizəsi apardı. Həm yarışın özünün təşkilatçılığını, həm də idmançıların hazırlıq səviyyəsini yüksək qiymətləndirmək olar. Çox yaxşı nəticələr qeydə alındı. Atletlərimizin çıxışları barədə daha detallı yığmamızın məşqçiləri danışsalar, daha yaxşı olar. Qısa desəm, Azərbaycan çempionatı və birinciliyində ümidverici nəticələrə şahidlik etdik".

AAF rəsmisi yarış zamanı idmançıların özlərini yaxşı tərəfdən göstərdiklərini bildirib:

"Ümumilikdə "körpücüy"ə çıxan idmançıların özlərini idman bayramı ab-havasında hiss etmələri məni ən çox qane edən məqam oldu. Bir ilki də gerçəkləşdirmişdik. Yarışda komanda hesabında uğur qazanan kollektivlərə federasiya tərəfindən pul mükafatları təqdim edildi. Xüsusi mükafat fondu idmançı və məşqçilərin həvəsləndirilməsi, eyni zamanda rəqabətin artırılması məqsədi güdürdü. Bu addımımız rəqabəti daha da artırdı, stimul xarakteri daşıdı. Biz çalışır və istəyirik ki, ölkədə ağırlıqqaldırma populyar olsun, idmanımız inkişaf etsin. Federasiya olaraq bunun üçün əlimizdən gələni bundan sonra da edəcəyik".

Qeyd edək ki, kişilər arasında Amin Osmanov (55 kq), Dəniz Cabbarlı (61 kq), Ravin Alməmmədov (89 kq) və Nurlan Məmmədzadə (96 kq) həm böyüklərdə, həm gənclərdə, Yunis Bayramov (67 kq), Qasım İsmayılov (73 kq) və Orxan Zöhrabzadə (81 kq) gənclərdə, Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq), Ömər Cavadov (81 kq), Mürsəl Quliyev (102 kq), Əli Şükürlü (109 kq) və Dadaş Dadaşbəyli (+109 kq) böyüklərdə Azərbaycan çempionu olublar.

Qadınlarda isə Samirə Rzayeva (45 kq), Aydan Rzayeva (49 kq), Selcan Qarayeva (55 kq), Fazilə İmanova (64 kq), Nigar Əliyeva (71 kq), Arzu Qədimova (76 kq), Rahilə Hüseynzadə (81 kq) və Mələk Hüseynli (87 kq) həm gənclər, həm də böyüklər arasında, Lalə Əzizli (59 kq) böyüklərdə, Milena Hüseynli (59 kq) gənclərdə birinci yeri tutublar (report.az)

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC