UEFA Çempionlar Liqası yeni formatda - start bu gün 6 oyunla olacaq

2024/2025 mövsümdən yeni formatda keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsində I tura bu gün start veriləcək.

Presssport.az xəbər verir ki, futbolsevərlər 6 qarşılaşmanın şahidi olacaq.

Mərkəzi matç İtaliyada olacaq. Belə ki, Milanın eyniadlı təmsilçisi doğma meydanda "Liverpul" ilə görüşəcək. 

İspaniya təmsilçisi "Real" Almaniyanın "Ştutqart" klubunu qəbul edəcək. Almaniyanın digər təmsilçisi "Bavariya" isə Zaqreb "Dinamo"sunu qonaq edəcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

17 sentyabr

"Yuventus" (İtaliya) - PSV (Niderland)

"Yanq Boys" (İsveçrə) - "Aston Villa" (İngiltərə)

"Bavariya" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

"Milan" (İtaliya) - "Liverpul" (İngiltərə)

"Real" (Madrid, İspaniya) - "Ştutqart" (Almaniya)

"Sportinq" (Portuqaliya) - "Lill" (Fransa)

İlk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC