YDNMA Beynəlxalq Ciu-citsu Federasiyasının Azərbaycanda rəsmi təmsilçisi oldu

Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası (YDNMA) 31 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən akreditasiyadan keçərək fəaliyyətə başlayıb.

Presssport.az xəbər verir ki, YDNMA-nın məqsədi Azərbaycanda olan və gələcəkdə yaradılacaq Yapon döyüş növlərinin inkişaf etdirilməsidi. 

28 Sentyabr 2024-cü il tarixində EGP Arenada YDNMA-nın baş ofisində İdarə Heyətinin növbəti iclası keçirilib. İclasın gündəliyində olan bir neçə məsələ haqqında müzakirələr aparılmış və bir sıra qərarlar alınıb Yekunda YDNMA Beynəlxalq Ciu-citsu Federasiyasının üzvü olaraq ölkəmizdə bu idman növünün rəsmi təmsilçisi olması ilə bağlı qərar olunub.

YDNMA-nın tərkibində Ciu-citsu sektoru yaradılıb və sektorun müdiri vəzifəsinə Əli Cəfərov təyin olunub. YDNMA-nın prezidenti Atil Ağamirov tərəfindən Cəfərova bu idman növünü daha da inkişaf etdirmək üçün zəruri işlərin görülməsi tapşırığı verilib. İclasda həmçinin cari ilin sonunda Ciu-citsu idman növü üzrə keçiriləcək Azərbaycan çempionatına hazırlıq işləri də müzakirə olunub.

İclasda bundan başqa Təşkilat Komitəsinin sədri Elşad Kərimov Assosiasiyasının baş katib vəzifəsinə seçilib. 

YDNMA-nın prezidenti Atil Ağamirov: “Bu idman növündə olan idman təşkilatlarını, məşqçiləri, hakimləri və idmançıları birlikdə yenidənqurma işlərində fəal iştirak etməyə və bu yolda birgə addımlamağa dəvət edirik!” fikirləri ilə iclasa yekun vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC