Badmintonçularımız Uqandadakı beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan badmintonçuları Aqil Qabilov və Era Maftuha Uqandanın paytaxtı Kampala şəhərində keçirilən "Future" seriyalı "Kampala İnternational 2024" beynəlxalq turnirində gümüş medal qazanıb.

Presssport.az Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mübarizəyə 1/16 finaldan başlayan Aqil - Era tandemi qarışıq qoşa kateqoriyasında ardıcıl 3 qələbə qazanaraq turnirin finalına yüksəlib.

Qızıl medal uğrunda keçirilən qarşılaşmada Malayziya təmsilçiləri Əşrəf Daniel Zakaria - Lim Xuan cütlüyünə hər iki setdə uduzan (18:21,17:21) badmintonçularımız gümüş medalla kifayətlənib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC