Elçin Məsiyev Konfrans Liqasının oyununa təyinat alıb

FİFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin I turunda keçiriləcək “Boraç” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) oyununa təyinat alıb.

Presssport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ona meydanda Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək.

Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Benua Miyo olacaq.

Oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC