Türkiyə Super Liqasında oynamış futbolçu "Kəpəz"də - RƏSMİ

"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.

Presssport.az xəbər verir ki, malili yarımmüdafiəçi Mahamadu Ba "sarı-göylər"in şərəfini qoruyacaq. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 

Mahamadu karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor" kimi komandalarda oynayıb. Ba "Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə Super Liqasında çıxış edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC