"İkinci transfer məsələsinə Bakıya qayıdanda artıq konkret nöqtə qoymalıyıq"

"İkinci transfer məsələsinə inşallah, Bakıya qayıdanda artıq konkret nöqtə qoymalıyıq. Burda Qəbələdə də o yöndə çalışmalarımız gedir". Bu fikirləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib. Qış fasiləsində "Sabah"dan gənc cinah yarımmüdafiəçisi İldar Alekverovu icarəyə götürən naxçıvanlılar daha bir yeni futbolçunun keçidini həll etmək fikrindədirlər. Bağırov bunu reallaşdırmaq üçün oyunçu axtardıqlarını deyib: "Sadəcə, qış transfer dövrü olduğuna görə az-az yaxşı futbolçular var ki, boşdurlar. Hələ ki ümumi axtarış gedir, ümumi danışıqlar var". 43 yaşlı mütəxəssis maraq dairələrində olan "Zirə"nin hücumammeylli yarımmüdafiəçisi Rəhim Həsənovun məsələsinin hələ ki açıq olduğunu vurğulayıb: "Hazırda bu məsələ gündəmdə deyil. Futbolçunun klubuyla müqaviləsi var. Onun icarəyə götürmək variantı var ki, buna "Zirə"nin nə dərəcədə maraqlı olması məsələsi var". MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC