AFFA rəsmisi "Yuventus"un matçına təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Presssport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Valerenqa” (Norveç) – “Yuventus” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 9-da Norveçin Oslo şəhərində yerləşən “Valerenqa” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC