Millimiz 0:7 uduzdu, 1/8 finala vəsiqə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində 3-cü oyununu keçirib.

Presssport.az xəbər verir ki, bu gün millimiz İspaniyanın Kadiz şəhərində meydan sahibləri ilə qarşılaşıb. 

Görüş İspaniya yığmasının 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz yer aldığı A qrupunda 6 xalla ikinci yeri tutaraq, 1/8 final mərhələsinə vəsiqə qazanıb. İspaniya seçməsi isə 9 xalla qrup birincisi kimi mərhələ adlayıb.
1/8 final mərhələsinin oyunları oktyabrın 9-da keçiriləcək. Millimizin rəqibi oktyabrın 8-də baş tutacaq digər qrupların son matçlarının ardından müəyyənləşəcək.
Xatırladaq ki, komandamız qrupdakı ilk iki oyununda İngiltərə (4:0) və Gürcüstan (7:2) yığmalarını məğlub edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC