De Bleker “CBC Sport”un şərhçiləri ilə görüşüb

AFFA-nın inzibati binasında Azərbaycan çempionatının yayım hüququna malik olan “CBC Sport” kanalının şərhçiləri ilə görüş keçirilib. 

Presssport.az assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə AFFA Hakimlər Komitəsinin belçikalı sədri Frank De Bleker və AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev iştirak edib. 

Onlar oyun qaydalarına edilmiş dəyişikliklər barədə məlumat verib, UEFA-nın ən son yeniliklərlə bağlı təlimatlarını media nümayəndələrinin diqqətinə çatdırıb. 

Həmçinin Misli Premyer Liqasında və avrokuboklarda mübahisə doğuran epizodlar nümayiş etdirilib, mütəxəssislər hər epizodu ayrı-ayrılıqda şərh ediblər.
Daha sonra De Bleker şərhçilərin suallarını cavablandırıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC