Qılıncoynadanımız "Örebro Masters - Nordic Championships" turnirində qızıl medal qazanıb

Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvü Vahab Fətullayev İsveçin Örebro şəhərində keçirilən "Örebro Masters - Nordic Championships" turnirində qızıl medal qazanıb.

Presssport.az Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər ki,

xəbər verir ki, ölkəmizlə yanaşı, İsveç, Norveç, Danimarka, Litva, Estoniya, Kanada, İtaliya, Finlandiya və Yaponiyadan 100-ə yaxın iştirakçının qatıldığı yarışda qrup mərhələsini 5 qələbə ilə başa vuran Vahab 17 yaşadək oğlanların fərdi mübarizəsində pley-offa yüksəlib.

Finala gedən yolda Norveç, Danimarka, Estoniya və İsveçi təmsil edən rəqiblərinə qalib gələn təmsilçimiz həlledici qarşılaşmada İsveç idmançısı Filip Zimmermana 15:10 hesabı ilə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC