Andres İnyestayla Mahmud Qurbanovu biləşdirən məqam

Futbolçu karyerasını yeni bitirən İspaniya millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta maraqlı statistik göstərici ilə gündəmə gəlib.

Presssport.az xəbər verir ki, 40 yaşlı keçmiş oyunçu 22 illik karyerası ərzində bir dəfə də olsun qırmızı vərəqə almayıb.

Belə ki, İnyesta yetkinlər səviyyəsində 1016 oyun keçirib və heç vaxt meydandan qovulmayıb. Söhbət həm klub səviyyəsində, həm də millidə keçirilən oyunlardan gedir.

Andres 1996-2018-ci illərdə "Barselona" sistemində olaraq, bu müddət ərzində böyüklərdən ibarət komandanın heyətində bütün turnirlərdə 674 matçda iştirak edib, 57 qol vurub və 136 məhsuldar ötürməsi verib. İnyesta 2002-18-ci illərdə “Barselona”nın əsas komandasında çıxış edərək 9 qat İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının, 6 dəfə İspaniya kubokunun qalibi olub. O, milliylə 2 dəfə Avropa, 1 dəfə dünya çempionu adına sahib çıxıb.

Andres həmçinin "Vissel Kobe" (Yaponiya)  ilə bütün turnirlərdə 134 matça çıxıb, 26 qola və 25 məhsuldar ötürməyə imza atıb. Onun son klubu isə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Emireyts” olub. 

Maraq üçün onu da bildirək ki, Azərbaycanın ən titullu futbolçusu olan Mahmud Qurbanov da karyerası (20 illik) ərzində 1 dəfə də olsun belə qırmızı vərəqəylə cəzalandırılmayıb. Veteran futbolçuların arasında 11 il yaş fərqi olsa da, ad günləriylə bağlı da maraqlı məqam var. Belə ki, Qurbanov 10 may, İnyesta 11 may doğumludu. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC