Kurtinaytisin məğlubiyyət şərhi: "Onların heyəti daha geniş, rotasiya imkanları bizimlə müqayisədə daha çoxdu"

“Onların heyəti daha geniş, rotasiya imkanları bizimlə müqayisədə daha çoxdu”.

Presssport.az xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis Belçikada yerli “Spiru” klubuna uduzduqları (81:82) FIBA Avropa Kubokunun G qrupunun ilk matçı ilə bağlı danışarkən deyib.

Təcrübəli mütəxəssis son anda qələbəni əldən vermələrinə təəssüflənir: "Qalib gələ bilərdik. Ev oyunlarımızda daha yaxşı çıxış edib, bacardıqca daha çox xal toplamalıyıq".

Xatırladaq ki, "Sabah" növbəti görüşünü oktyabrın 16-da Bakıda Yunanıstan təmsilçisi "Marussi"yə qarşı keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC