Fərid Qayıbov Dünya Etnoidman Konfederasiyasının baş katibini qəbul edib

Oktyabrın 10-da gənclər və idman naziri Fərid Qayıbov Dünya Etnoidman Konfederasiyasının baş katibi Əbdülhalim Aksunu qəbul edib. 

Pressssport.az xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Qonaq səmimi qəbul görə təşəkkür edib. 

Görüşdə ölkəmizdə etnoidman növlərinin inkişafı, bu növlərdə təşkil olunan tədbirlər, eləcə də ölkəmizin Dünya Etnoidman Konfederasiyası ilə mövcud əlaqələri müzakirə edilib.

Görüşdə nazir müavini Mariana Vasileva və Dünya Etnoidman Konfederasiyasının korporativ əlaqələr üzrə mütəxəssisi Azər Əbdürrəhman da iştirak edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC