UEFA Millətlər Liqası: İtaliya 2:0-ı əldən verdi, İngiltərə evdə gözlənilməz məğlubiyyət aldı

UEFA Millətlər Liqasında III tur start götürüb.

Pressssport.az xəbər verir ki, ilk oyun günündə 10 matç keçirilib.. 

A Liqasının II qrupunda Fransa səfərdə İsraillə qarşılaşaraq böyük hesabla qalib gəlib. 

İtaliya - Belçika matçında isə meydan sahibləri 2 top fərqiylə irəlidə olsa da, hələ ilk hissədə qırmıız vərəqə alıb və yekunda üstünlüyünü əldən verib. 

B Liqasının II qrupunda İngiltərə Yunanıstanı qəbul edərək gözlənilmədən uduzub. 

Xatırladaq ki, Azərbaycan millisi bu tur oyununu bu gün səfərdə Estoniya yığmasına qarşı keçirəcək.

UEFA Millətlər Liqası

3-cü tur

10 oktyabr

A Liqası

2-ci qrup

22:45. İsrail – Fransa - 1:4

Qollar: Qandelman, 24 – Kamavinqa, 7. Nkunku, 28. Genduzi, 87. Barkola, 89.

22:45. İtaliya – Belçika - 2:2

Qollar: Kambyazo, 1. Reteqi, 24 – De Kuyper, 42. Trossard, 61.

Xallar: İtaliya – 7, Fransa – 6, Belçika – 4, İsrail – 0.

B Liqası

2-ci qrup

22:45 İngiltərə – Yunanıstan - 1:2

Qollar: Bellingem, 87 – Pavlidis, 49; 90+4.

22:45 Finlandiya – İrlandiya - 1:2

Qollar: Pohyanpalo, 17 – Skales, 57. Bradi, 88

Xallar: Yunanıstan – 9, İngiltərə – 6, İrlandiya – 3, Finlandiya – 0

3-cü qrup

22:45. Avstriya – Qazaxıstan - 4:0

Qollar: Baumqartner, 10. Linhart, 53. Zabitser, 56. Zeydl, 79.

22:45. Norveç – Sloveniya - 3:0

Qollar: Haland, 7; 62. Sörlot, 52.

Xallar:  Norveç – 7, Avstriya – 4, Sloveniya – 4, Qazaxıstan – 1

C Liqası

4-cü qrup

20:00. Latviya – Şimali Makedoniya - 0:3

Qollar: Atanasov, 35. Qamili, 70. Elmas, 90+3.

22:45. Farer adaları – Ermənistan - 2:2

Qollar: Benyaminsen, 37. Byartalid, 85 – Zelarayan, 44. Manvelyan, 90+3.

Xallar: Şimali Makedoniya – 7, Ermənistan – 4, Latviya – 3, Farer adaları – 2

D Liqası

2-ci qrup

20:00 Moldova – Andorra - 2:0

Qollar: İonita, 31. Kojokaru, 90+5.

Xallar: Moldova – 6, Malta – 3, Andorra – 0

1-ci qrup

22:45. Cəbəllütariq – San Marino - 1:0

Qol: Britto, 62

Xallar:  Cəbəllütariq – 4, San Marino – 3, Lixtenşteyn – 1

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC