Millimizdə növbəti kapitan dəyişikliyi: "Əsas kapitan Bədavi Hüseynovdu, amma o, Azərbaycan dilində danışa bilmir"

Fernandu Santuşun millimizin baş məşqçisi olduğu qısa müddətdə ardıcıl kapitan dəyişikliyini müşahidə edirik.

Pressspoirt.az xəbər verir ki, bu dəfə - UEFA Millətlər Liqasının III turu çərçivəsində Estoniya yığmasıyla səfər matçında (1:3) sarğı Abbas Hüseynovun qolunda idi. 

Maraqlıdı, niyə kapitan Abbas idi? Portuqaliyalı mütəxəssis buna belə aydınlıq gətirib: “Niyə olmasın ki? Düşünürəm ki, Abbas yaxşı kapitandı. Əsas kapitan Bədavi Hüseynovdu, amma o, Azərbaycan dilində danışa bilmir. Ona görə də Abbasa üstünlük verdim”.

Bu yerdə bildirək ki, 29 yaşlı Hüseynovla həmsoyadı olan Bədavi “Qarabağ”da da komanda yoldaşıdı. 

Xatırladaq ki, son illərdə millimizin əsas kapitanı olmuş Emin Mahmudovdan sarğını alan Santuş keçən oyun olan Slovakiya millisiylə səfər görüşündə sarğının Elvin Camalovun qoluna taxmasına qərar vermişdi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC