Milli Məclisin deputatı Məsut Özilə mükafat təqdim edib

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda səfərdə olan Almaniya millisinin və “Real”ın sabiq futbolçusu Məsut Özilə mükafat təqdim edib.

Presssport.a xəbər verir ki, bu barədə deputat sosial media hesabında yazaraq fotolar paylaşıb: “Türkiyə Maarif Vaqfının yenicə açdığı məktəbdə keçirilən tədbir çox maraqlı oldu. Sonda dünya çempionu Məsut Özilə mükafat təqdim etdim. Bu dəfə millət vəkili kimi deyil, Milli Məclisin futbol komandasının üzvü kimi…”

Türkiyəli professor İrfan Gündüz deyib ki, gələcəkdə azərbaycanlı uşaqları Məsut Özilin adını daşıyan futbol akademiyasına cəlb etmək istəyirlər. Türk əsilli futbolçunun da ölkəmizə gəlişi bununla bağlıdır.

Xatırladaq ki, 35 yaşlı Özil karyerası ərzində "Real"la yanaşı, "Arsenal" və "Fənərbaxça" kimi klubların da formasını geyinib. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC