Məsut Özil Azərbaycanın bölgəsində - Kubok matçını stadiondan izləyəcək, topa toxunuş edəcək

Azərbaycanda səfərə gələn dünya çempionu Məsut Özil Şəkiyə yollanıb.

Presssport.az xəbər verir ki, türk əsilli keçmiş futbolçu bu gün Azərbaycan Kubokunun I təsnifat mərhələsində “Sheki City” - “Şəmkir” matçını stadiondan izləyəcək.

Bu haqda Şəki klubunun prezidenti Elgün Hüseynov “Facebook”dakı şəxsi səhifəsində məlumat paylaşıb. Hətta Məsut qarşılaşmanın 2-ci hissəsinin başlaması üçün topa toxunuş da edəcək.

Klub rəhbəri Özildən oyuna gəlməsini xahiş edərək buna müsbət cavab alıb. Üstəlik, "Sheki City" həm Məsutu, həm də azarkeşləri matça gəlməyə motivasiya etmək üçün oyun biletlərini xüsusi dizaynla çap edib. Belə ki, biletlərin üzərində futbolçunun şəklinin olduğunu görmək mümkündü.

“Bir çoxunuz komandanın sponsorsuz, maliyyə problemlərinin olmasını bilirsiz. Oyunun bazar günü olmasından və Özilin Şəkiyə gəlməsindən yararlanıb daha çox bilet satmaq, ən azından komandanın oyun xərclərini qarşılamaq niyətindəyəm. 3 min bilet sata bilsək, bu komanda üçün 6 min AZN gəlir deməkdi. Online bilet alıb komandaya dəstək olmaq istərsəniz kart hesabını rəy bölməsinə əlavə edəcəm” - bunu Hüseynov paylaşımında yazıb.

Xatırladaq ki, Şəki şəhər stadionundakı matç saat 14:00-da başlayacaq.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC