İmişlidə yeni güləş məktəbi istifadəyə verilib

İmişlidə yeni güləş məktəbi istifadəyə verilib.

Presssport.az xəbər verir k, Azərbaycan Güləş Federasiyasının (AGF) inventarla təmin etdiyi məktəbin açılış mərasimində AGF-nin İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, sərbəst güləş üzrə millinin böyük məşqçisi Cəbrayıl Həsənov, AGF-nin Regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov iştirak edib.

Qonaqlar ölkədə güləşin inkişafı üçün belə zalların açılmasının çox mühüm rol oynadığını qeyd ediblər və yeniyetmə idmançılara uğurlar arzulayıb.

Onu da bildirək ki, iki dəst güləş xalçası ilə təmin edilmiş idman mərkəzində güləş dərsləri keçmək üçün əlverişli şərait yaradılıb. Mərkəzin açıq havada idmanla məşğul olmaq üçün geniş ərazisi də var. Bu arenada məşqləri sərbəst güləş üzrə məşqçi-müəllim Qalib Şükürov keçəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC