Veteran güləşçilərimiz dünya çempionatında 4 medal qazanıb

Azərbaycanın veteran güləşçiləri Xorvatiyanın Poreç şəhərində keçirilən dünya çempionatında 4 bürünc medal qazanıb.

Presssport.az xəbər verir ki, A kateqoriyasında sərbəst güləş üzrə Cəlal Süleymanov (62 kq) və Elçin Həsənov (70 kq), yunan-Roma güləşi üzrə Elgiz Məmmədov (100 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

C kateqoriyasında isə sərbəst güləşdə Cəlal Abdulov (130 kq) üçüncü olub.

Mundialda III dərəcəli beynəlxalq hakim Kamran Baxışovla milli dərəcəli hakim Qədim Qurbanov ədaləti qoruyublar. Baxışov II, Qurbanov isə III kateqoriyaya yüksəlmək üçün imtahan verib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC