Futzal üzrə Yüksək və Birinci Liqalarında 2024/25 mövsümünün püşkü atılıb

Azərbaycanın futzal üzrə Yüksək və Birinci Liqalarında 2024/25 mövsümünün püşkü atılıb.

Presssport.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən mərasimdə əvvəlcə komandalara reqlament barədə məlumat çatdırılıb.

Yüksək Liqada 6 komanda iştirak edəcək ki, onlardan biri – “Şuşa” debütantdı. Digər 5 iştirakçı ötən mövsüm çempionatda gücünü sınayıb.

Komandalar 4 dövrə mübarizə aparacaq. 20 turun yekununda ən çox xal toplayacaq kollektiv çempion olacaq və Azərbaycanı UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə təmsil edəcək. İkinci və üçüncü pillənin sahibinə isə müvafiq olaraq gümüş və bürünc medallar, diplomlar təqdim olunacaq.

Birinci Liqada isə 12 komanda gücünü sınayacaq. Mübarizə 1 dövrədən ibarət olacaq. 11 turdan sonra turnir cədvəlinin “ilk 4-lüy”ündə yer alan komandalar pley-off mərhələsinə yüksələcək. 1-ci yerin sahibi ilə 4-cü, 2-ci pilləni tutan komanda ilə 3-cü sırada yer alan kollektiv qarşılaşacaq. Bir oyunluq mübarizədə qalib gələn iştirakçılar finalda gücünü sınayacaq. Qələbə qazanan komanda Birinci Liqanın qalibi olacaq.

Komandaya kubok, qızıl medallar və diplomlar veriləcək. Finalda uduzan komandaya gümüş, pley-off mərhələsinin matçında uduzan və 3-cü yer uğrunda görüşdə qələbə qazanan kollektivə isə bürünc medallar və diplomlar təqdim olunacaq.

Yüksək Liqa

I tur

22 oktyabr

"Baku Fire" – “Araz-Naxçıvan”

"Şuşa" – “Neftçi İK”

U-19 – “Yasamal Bakı”

Birinci Liqa

I tur

20 oktyabr

"STAR kargo" – “Xan-Lənkəran”

"Delta" – “Djevo Dəyirman”

"Baku Fire-2" – “Çarşı Bakı”

"Yeni Suraxanı" – “Ulduz”

"Dəstə Ordubad" – “Timsport”

PFL - “Metropoliten”

Onu da bildirək ki, bütün qarşılaşmalar "Olimpik Star"da baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC