Astarada Vətən müharibəsi şəhidi, atlet Arif Qeybiyevin xatirəsi anılıb

Astarada Vətən müharibəsi şəhidi, atlet Arif Qeybiyevin xatirəsi anılıb.

Presssport.az Azərbaycan Atletika Federasiyasının mətbua xidmətinə istinadən xəbər verir ki, qurumun baş katibi Məhərrəm Sultanzadə, İcraiyyə Komitəsinin üzvü, Respublika Olimpiya Mərkəzinin direktoru Şəlalə Yaqubova, beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov, Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov və federasiyanın Astaradakı nümayəndəsi Rəşad Əliyev Ərçivan qəsəbəsində şəhidin ailə üzvləri ilə görüşüb və məzarını ziyarət edib. 

Görüşdə AAF-ın prezidenti Cavid Qurbanovun şəhidin ailəsinə diləklərini çatdıran federasiya rəsmiləri Qeybiyevin atletikada əldə etdiyi yüksək nailiyyətlərdən danışaraq onun həm idmançı kimi, həm də şərəfli döyüş yolu ilə örnək olduğunu vurğulayıb. 

Onu da bildirək ki, Arif dəfələrlə kros qaçışı üzrə Azərbaycan çempionu olmaqla yanaşı, müxtəlif yerli və beynəlxalq yarışların qalib və mükafatçısı olub. Sentyabrın 27-də Füzuli istiqamətindəki döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Qeybiyev "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC