"Mingəçevir reqatası-2024” beynəlxalq turnirində ilk gün bitdi - 9 medalla yekun vurduq

Azərbaycan avarçəkənləri "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin ilk günündə 9 medal qazanıb.

Presssport.az-n Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, son olaraq Məhəmməd Həsənov bürünc, Əlimurad Hacızadə gümüş mükafat əldə edib.

Belə ki, Həsənov 2010-2011 təvəllüdlü idmançıların 1000 metr məsafəyə akademik avarçəkmə yarışında 3-cü, Hacızadə 2008-2009 təvəllüdlülər arasında 1000 metr məsafəyə kayakda 2-ci yeri tutub.

Xatırladaq ki, oktyabrın 18-də başa çatacaq "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində daha əvvəl təmsilçilərimiz 7 medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC