FİF-in Himayəçilər Şurasının iclası keçirilib - Rüstəm Əfsərli üzvlükdən ayrılıb

Futbolun İnkişaf Fondunun (FİF) Himayəçilər Şurasının iclası keçirilib.

Presssport.az qurumun mətbuat xidmətinə istinadən xəbər veir ki, iclasda Himayəçilər Şurasının sədri Yunis Hüseynov və üzvləri Anar Həsənov, Asim Xudiyev, Fəxrəddin Manafov, Sona Abbasova, Şaiq Qəribzadə, Vəli Qasımov iştirak edib.

Tədbiri giriş sözü ilə açan Hüseynov FİF-in 2024-cü il ərzində imzaladığı sponsorluqlar, baş tutan tədbirlər və layihələr haqda qısa məlumat verib.

Daha sonra Himayəçilər Şurası Rüstəm Əfsərlinin “Neftçi” futbol klubunda fəaliyyəti ilə əlaqədar öz razılığı ilə üzvlükdən ayrılmasını təsdiq edib.

Tədbirin davamında FİF-in icraçı direktoru Tural Piriyev 2024-cü il üzrə fəaliyyətləri, Biznesin İnkişafı şöbəsinin müdiri Babək Sarıvəlili region futbol klubları ilə imzalanan tərəfdaşlıq müqavilələri, oyun günü təcrübəsinin artırılması ilə bağlı görülən işlər, data analitika üzrə baş mütəxəssis Günel Şərifova isə futbol və idman idarəetməsi sahəsində çalışan mütəxəssislərin ixtisaslarının artırılması və bu sahə üzrə yerli kadrların hazırlanması məqsədilə FİF-in “Futbol idarəetməsi” təhsil proqramı barədə geniş hesabatla çıxış edib.

İclas Himayəçilər Şurası üzvlərinin fikirləri və təkliflərinin müzakirəsi formatında davam edib.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC