“Qarabağ” - “Ayaks” oyununun biletləri satışa çıxarılıb

Avropa Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək “Qarabağ” - “Ayaks” (Niderland) oyununun biletləri bu gün saat 12:00-da satışa çıxarılıb.

Presssport.a klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdı.

Onu da bildirək ki, oyunu stadiondan izləmək istəyənlər biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), "Qarabağ"ın "Park Bulvar"dakı Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilər. 

Xatırladaq ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə 20:45-də başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC