“Qurban Qurbanova o sualın ünvanlanması mənə qəribə gəldi”

Son günlər milli məsələsi çox müzakirə olunur.

Pressssport.az xəbər verir ki, milli komandamızın direktor İlqar Qurbanov əsas yığmamıza tapşırıqlar oyunçu dəvət olunduğunu İTV-də “Sabah saxlamayaq” verilişində açıqlama verib.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bunu izlədiyini və bu sualən bütün məşqçilərə verildiyini vurğulayıb: “Elə mövzudur ki, bu sualı bir cavabla cavablandırmaq asan deyil. Qurban Qurbanova da sual veriblər. Son illərdə ən uğurlu, ən ədalətli milli periodu onun o dövr idi. Ona da sualın ünvanlanması mənə qəribə gəldi. İlqar Qurbanovun iddialarının detallarına varmaqdan ötrü, ona sual vermək lazımdır. Ehtimal edirəm, hansı məqamları gözünün qabağında canlandırıb və bu fikri səsləndirib. Onun bu fikrini əsas götürüb bütün məşqçilərə eyni sualı ünvanlandırmaq düzgün deyil. Periodik olaraq milliyə dəvət olunanlar birmənalı qarşılanmırdı. İnanmıram ki, sırf sifariş, zəng olsun ki, filan oyunçunu oynat. Bəzi məşqçilər təzyiq altında istəmədiyi qərarlarda qalır. Suallar çox olub. Elə mövzudur ki, gərək 1-2 saat analiz edəsən, 2010-da kim dəvət edildi, hansı məşqçinin dövründə kim dəvət olundu. Kim milliləşdirildi? Sonra lazım olmadı? Daha geniş yanaşılsa, daha düzgün olar”.

Xatırladaq ki, Qurbanov 2018-ci ildə "Qarabağ"la yanaşı, millimizi də çalışdırıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC