Samir Abasov "Neftçi"də yubiley qələbəsini qazanıb

Samir Abasov "Neftçi"nin baş məşqçisi kimi çempionatda 30-cu qələbəsini qazanıb.

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqanın X turuna təsadüf edib.

Paytaxt təmsilçisi doğma meydanda "Səbail"ə qalib gəlib - 3:1. 

Bu, Abasovun Bakı klubuna qayıdışından sonra ilk oyunu və komandanın mövsümdəki ilk qələbəsi olub. Onun “Neftçi”yə rəhbərlik etdiyi 2020-22-ci illərdə “ağ-qaralar” Premyer Liqada 29 dəfə qalib gəlmişdi.

Xatırladaq ki, Bakı təmsilçisi mövsümün əvvəlki 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC