"Araz-Naxçıvan" Azərbaycan çempionatlarında 25-ə çatıb

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 25-ci qələbəsini qazanıb.

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının X turuna təsadüf edib

Elmar Baxşıyevin komandası Şamaxı səfərində eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəlib.

Naxçıvan təmsilçisi Premyer Liqadakı 87-ci görüşündə 25-ci uğura nail olub. 17 ev qələbəsi olan komanda səfərdə 8-ci dəfə 3 xala sevinib.

Naxçıvan klubunun ilk qələbəsi 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ının qonağı olan Muxtar Respublika təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Onu da bildirək ki, “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ən azı 25 qələbəsi olan 36-cı komandadı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC