"Ayaks"ı Bakıda dəstəkləmək üçün Niderlanddan nə qədər azarkeş gələcək? - AÇIQLAMA

“Ayaks”ı Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun oyununda dəstəkləmək üçün Niderlanddan 500-ə yaxın azarkeş gələcək.

Bu barədə Presssport.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verərək, Amsterdam təmsilçisinin fanatları üçün 460 bilet istədiyini sözlərinə əlavə edib: "Ayaks" sabah axşam saatlarında Bakıya gələcək. Klubun media komandası və iki yayımçı TV də Azərbaycana səfər edəcək".

Xatırladaq ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC