"Qarabağ" - "Ayaks" matçından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb

Avropa Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək "Qarabağ" - "Ayaks” (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Presssport.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı oktyabrın 23-də saat 13:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 17:00-da isə “köhlən atlar”ın media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azərsun Arena”da gerçəkləşəcək.

Qonaq komandanın baş məşqçisi Françesko Fariolinin "Tofiq Bəhramov"da təşkil olunacaq mətbuat konfransı saat 18:00-da start götürəcək. Niderland təmsilçisinin “Neftçi Arena”da reallaşacaq açıq məşqi 12:45-də başlayacaq.

Xatırladaq ki, oktyabrın 24-də keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 20:45-də başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC